Demokrat.az-ın məlumatına görə, bildirilib ki, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
10Sources
-
news24.azGüclü külək zamanı bunlara diqqət edin! - Xəbərdarlıq ( 21875272)
-
news24.azGüclü külək zamanı bunlara diqqət edin! Xəbərdarlıq ( 21875311)
-
demokrat.azBu təhlükə zamanı dərhal yüksəkliyə qalxın! ( 21875305)
-
yeniavaz.comFHN-dən əhaliyə müraciət ( 21874978)
-
qafqazinfo.azBu təhlükə zamanı dərhal yüksəkliyə qalxın! ( 21874738)
-
publika.azFHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq ( 21874342)
-
aznews.azFHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib ( 21778609)
-
azpost.infoGüclü külək, leysan, intensiv yağış ( 21778135)
-
sitat.infoNazirlikdən əhaliyə təcili XƏBƏRDARLIQ ( 21777748)
-
hurriyyet.azFHN əhaliyə xəbərdarlıq etdi: Yüksəkliyə qalxın ( 21777001)