EN

Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? — AÇIQLAMA

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 204.9 ha ərazi təmizlənib, 1,054 ədəd piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-in sorğusuna əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilibli ki, qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.

"Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir",-əlavə olunub.

Chosen
82
18
demokrat.az

10Sources