EN

Bir dövlətin var olmasının təməli "Cocuqların Dövlətinin" olmasıdır

İsmayıl Fidan zəng etdi, Bakıdayam, görüşək. Görüşdük, türk filmlərinin nümayişi var imiş, xəbərim yox idi.
Arslanbey Sultanbeyov "Dombura"nı yenidən bizlər üçün kəşf edən noqay dostumuz da onunla idi.
İsmayil Fidan bir Zaman əfsanəsidir,
Yaşadığımız zamanın içində cocuğ nağıllarına öz nəfəsini gətirib, "Rafadan Tayfa" dünyasının qurucusudur.
Yeni zamanın içində Türkiyəyə aid bir məkan inşa etdi, cocuğları aid olduğları yerə bağladı,
Cocuğlar üçün üfüq, ümid, gələcək qurdu.
Bir dövlətin var olmasının, davam etməsinin, yaşamasının təməli "Cocuqların Dövlətinin" olmasıdır
Yunanlar politikanı, fəlsəfəni, teatrı "Cocuqların Dövləti" üzərindən oxumağa çalışdılar və bu gün də yaşayan "Politika" üçün poetika yazıdılar.
"Görüntüyə çevrilən nağıl"ın - cizgi filminin qəhrəmanlarının "biri var idi, biri yox idi" ilə başlayan həyatlarına özümüzü aid edə bilərsək, gələcək qorxusu bitər,
O zaman "Dombura" bir ürək döyüntüsü kimi bizi öz səsimizlə təmsil edə bilmək gücü qazanar.
Nağıl dünyamızın içində böyüyən cocuğlar Həyat dünyamızın qəhrəmanlarına yalnız bu bağlantıları kəşf etdiyimiz zaman məkan inşa edə biləcəklər.
İsmayil da, Arslanbey də gələcək olan gələcəyinin fidanlarıdırlar,
Allah yolunuzu açıq etsin, dostlar.
İdris Heydərli, filosof
Chosen
7
news365.az

1Sources