EN

İsa Həbibbəyli: Xoyskinin yubileyi ilə bağlı tədbirlər planı hazırlanır

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq.Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətinin iclasında məlumat verib.O, Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasından irəli gələn məsələlər haqqında müzakirələr aparıldığını bildirib:"Sərəncamda AMEA-ya Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli siyasi və dövlət xadiminin 150 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb".AMEA rəhbəri sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən tədbirlər planının hazırlanmasına dair müvafiq tapşırıq verildiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
reyting.az

3Sources