EN

12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO

Türkiyədə, Kayserinin Talas rayonunda dəhşətli hadisə baş verib. 31 yaşlı H.P. 12 yaşlı ögey oğlu Y.C.K. tərəfindən ürəyindən bıçaqlanaraq ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Mevlana məhəlləsində, 15 mərtəbəli binanın 8-ci mərtəbəsində baş verib. İlkin məlumata görə, Y.C.K. ilə ögey atası H.P. arasında hələlik səbəbi məlum olmayan mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində uşaq bıçaqla H.P.-nin ürəyinə zərbə endirib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb, yaralı isə ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya aparılıb.

12 yaşlı Y.C.K. polis tərəfindən saxlanılıb. H.P. isə xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Onun cəsədi morqa yerləşdirilib.




Bizim.Media

Chosen
10
1
bizim.media

2Sources