GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ 100-ə yaxın İran vətəndaşını deportasiya edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
“Deportasiya olunmuş iranlıları daşıyan çarter reysi sentyabrın 29-da axşam Luizianadan yola düşüb və sentyabrın 30-da Qətərdə istirahət etdikdən sonra İrana çatması planlaşdırılır.
Rəsmilər bildiriblər ki, İran Xarici İşlər Nazirliyi deportasiya edilmiş vətəndaşların geri qaytarılmasını koordinasiya edir. Onların təhlükəsizliyinə və heç bir problemin olmadığına əmin olublar”, – deyə qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ ilk ukraynalıları ölkədən deportasiya edib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.