EN

İqbal Ağazadə Cabir İmanovdan danışdı – “O kresloda olarkən…”

Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi.
Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar.

Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq , məncə , məqsədəuyğun və etik deyil.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə vaxtilə verdiyi müsahibədə aktyor Cabir İmanovla bağlı dediyi sözlərin paylaşılmasından danışarkən deyib.

O, dünyasını dəyişmiş şəxslər barədə bu cür danışmağı düzgün hesab etmədiyini bildirib:

“Allah Cabir İmanova rəhmət etsin.

Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq”.

Gülşən Rəsul

Chosen
16
12
tribunainfo.az

10Sources