EN

DSX tərəfindən dövlət sərhədini pozan şəxslər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

c34fa80e

Chosen
2
24
poliqon.az

10Sources