EN

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var

Bakıda ağır yol qəzası baş verib.

Qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində - “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Qafqazinfo)

Chosen
20
4
sitat.info

6Sources