EN

Avtobus və metroda gediş haqqı artdı: sırada nə var? Açıqlama

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Avtobus və metroda gediş haqqının artırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hazırda əksəriyyət gözlənilən digər “sürprizlərlə” bağlı müxtəlif fikirlər irəli sürür, kimisi artım növbəsinin kommunal xidmətlərə çatdığını deyir, kimisi bu il üçün yeni qərarın olmayacağını bildirir.

Bizi bundan sonra nələr gözləyir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, belə qərarların ardıcıllığı müəyyən bir iqtisadi məntiqə bağlı olur:

“Nəqliyyat tarifləri ənənəvi olaraq digər sahələrdən daha tez-tez dəyişir, çünki həm subsidiya yükü böyükdür, həm də xərclərin inflyasiyaya həssaslığı yüksəkdir. Kommunal xidmətlər (elektrik, qaz, su) sahəsində uzun müddət tarif sabitliyi saxlanılır. Amma enerji daşıyıcılarının maya dəyərinin artması və dövlətin subsidiya yükünün böyüməsi fonunda burada da dəyişiklik ehtimalı müzakirə mövzusudur”.

Ekspert “sürpriz” ehtimallardan da söz açıb:

“Qaz və işıq limitlərinə yenidən baxılması, indiki güzəştli limitlərin azaldılması və ya limitdən yuxarı tariflərin artırılması, həmçinin su tarifləri ilə bağlı müəyyən tənzimləmə məsələsinin gündəmə gəlməsi mümkündür. İnternet və mobil operator xidmətlərinə gəldikdə, şirkətlər xərclərin artmasını əsas gətirərək qiymət dəyişikliklərinə gedə bilərlər”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
globalinfo.az

1Sources