EN

Azərbaycan tikinti xərclərinə görə Ermənistanı 6,3 dəfə geridə qoydu

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin ilk 6 ayı üzrə hər il tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi artıb.

Missiya.Az Tehlil.az-a istinadən xəbər verir ki, 2021-ci ildə ölkədə tikinti-quraşdırma işlərinə 3,65 milyard manat sərf olunmuşdusa, cari ildə bu göstərici 72,9% və ya 2,66 milyard manat artaraq 6,31 milyard manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında ölkədə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 0,8 milyard manat artıb.

Chosen
24
1
missiya.az

4Sources