EN

ABŞ 100-ə yaxın iranlını deportasiya edib

ABŞ administrasiyası ötən gün təxminən 100 iranlını ölkədən deportasiya edib.

APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.


Məlumata görə, deportasiya edilənlər arasında sığınacaq verilməsindən imtina olunmuş kişilər, qadınlar və cütlüklər olub.


Onların bir qismi həbs olunduqdan sonra könüllü deportasiyanı qəbul edib. Luizianadan havaya qalxan xüsusi təyyarə Qətər üzərindən İrana yola salınıb. Bu, son illərdə iranlıların ən böyük kütləvi deportasiyası kimi qiymətləndirilir.


Qeyd edilib ki, Vaşinqton uzun müddətdir diplomatik əlaqələrin olmaması və sənədləşmə problemləri səbəbindən İrana deportasiyadan yayınırdı. Lakin bu dəfə deportasiya ABŞ və İran arasında pərdəarxası aparılan danışıqlar nəticəsində mümkün olub. İran Xarici İşlər Nazirliyi isə bu şəxslərin geri qaytarılmasını koordinasiya etdiyini açıqlayıb.
İran rəsmiləri hadisəni nadir əməkdaşlıq nümunəsi kimi dəyərləndiriblər. Jurnalistlər isə deportasiya olunanların doğma ölkələrində üzləşə biləcəkləri potensial risklərə baxmayaraq, əməliyyatın həyata keçirildiyini vurğulayırlar.

Chosen
20
8
apa.az

9Sources