EN

Azərbaycan bu il Rusiyaya nə qədər qeyri neft qaz məhsulları ixrac edib?

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 220,2 milyon ABŞ dolları olub.

 

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2,4 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
4
bizim.media

10Sources