EN

FHN xəbərdarlıq edir: yaxın günlərdə ölkədə hava şəraiti qeyri sabit olacaq

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Arabir güclü külək əsəcək, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacaq, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın, həmçinin şimşək çaxacağı gözlənilir.

Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Tövsiyələr:

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq; elektrik dirəyi, naqil və hündür ağacların altında dayanmamaq.

Laysan xarakterli yağış zamanı sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə yüksəkliyə qalxmaq.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında dayanmaqdan çəkinmək. Avtomobildə olduqda hərəkəti dayandırıb şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək.

Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
1
dogru.az

10Sources