EN

Ağciyərləri çirkli havadan qorumaq üçün ən təbii VASİTƏ

Mütəmadi meyvə qəbulu ağciyərləri çirkli havanın zərərli təsirindən qismən qorumağa kömək edə bilər.

Far.Az xəbər verir ki, bu nəticəyə Böyük Britaniyanın Lester Universiteti və Amsterdamda keçirilən Avropa Tənəffüs Cəmiyyəti (ERS) alimləri gəliblər.

Araşdırma zamanı Britaniya biobankının təxminən 200 min iştirakçısının məlumatları təhlil edilib. Nəticələr göstərib ki, gündə azı dörd porsiya meyvə yeyən qadınlarda havanın yüksək dərəcədə çirklənməsi fonunda ağciyər funksiyasının zəifləməsi daha az müşahidə olunub. Alimlər bunu meyvələrdəki antioksidant və iltihab əleyhinə maddələrlə əlaqələndirirlər. Bu birləşmələr havadakı xırda hissəciklərin yaratdığı zədələnmələrin qarşısını qismən ala bilir.

Maraqlıdır ki, bu effekt əsasən qadınlarda nəzərə çarpıb. Kişilərin isə orta hesabla daha az meyvə yeməsi onların orqanizmində qoruyucu təsirin zəifləməsinə səbəb olub.

Mütəxəssislər vurğulayıblar ki, düzgün qidalanma ekoloji tədbirlərin əvəzini verə bilməz. Lakin sağlam rasion, xüsusən də meyvə istehlakı çirklənmiş şəhərlərdə yaşayan insanlar üçün əlavə qoruyucu faktor rolunu oynaya bilər.

Chosen
14
2
far.az

3Sources