BAKI, 30 sentyabr. TELEQRAF
Qırğızıstanın dövlət himni dəyişdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Nurlanbek Turqunbek Ulu məlumat verib.
Spiker dövlət himninin dəyişdirilməsi ilə bağlı qərarın niyə qəbul edildiyini belə izah edib:
“Himn sadə, yaddaqalan və oxuması asan olmalıdır. İndiki himn isə marşa oxşayır. Belə himni hamı oxuya bilməz. Ən maraqlısı isə odur ki, Qırğızıstan SSR və Qırğızıstan Respublikasının himnini müqayisə etsəniz, çox oxşardır. Bu, o vaxta aiddir, artıq zaman dəyişib, himnin sözləri yeni dövrü əks etdirməlidir”.
Xatırladaq ki, himnin 2024-cü ildə dəyişdirilməsi təklifini ilk dəfə Nurlanbek Turqunbek Ulunun özü verib. Prezident Sadır Japarov bu təklifi dəstəkləyib. Dekabrda himni seçmək üçün komissiya yaradılıb. Fevralın 7-dən martın 20-dək 285 təklifi qeydə alıb, amma onlara baxdıqdan sonra komissiya mətnlərin məzmun və bədii tələblərə cavab vermədiyi qənaətinə gəlib. Buna görə də yeni müsabiqə elan olunub.