EN

WhatsApp da yenilik: canlı fotolar və əlavə funksiyalar funksiyası yaradılıb

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"WhatsApp" istifadəçilər üçün yeni funksiyalar elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iOS istifadəçiləri indi Live Photos, Android istifadəçiləri isə Motion Photos göndərə bilər. 

Məlumata əsasən, bu funksiya şəkillərə səs və hərəkət əlavə etməyə imkan verir: "MetaAI dəstəyi ilə siz fərdiləşdirilmiş söhbət mövzuları və video zəng fonları yarada bilərsiniz".

Məlumatda deyilir ki, bu funksiya hazırda bütün deyil, yalnız bəzi istifadəçilər üçün əlçatandır.

Bundan əlavə, proqrama iki yeni stiker paketi, "Qorxmaz Quş" və "Tətil" əlavə edilib.

Samir Musayev

MİA.AZ

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
mia.az

1Sources