EN

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb - Yenilənib

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb...

Spiker Sahibə Qafarova sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sədr bildirib ki, parlament ötən sessiyanı uğurla başa vurub, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, bugünkü plenar iclasın gündəliyində 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı və 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla, ümumilikdə, 12 məsələ yer alıb.

Xatırladaq ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

***

Bu gün Milli Məclisin 2025-ci il payız sessiyası işinə başlayır.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.

Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.(report)

Poliqon.info

Chosen
21
1
poliqon.info

7Sources