EN

2030-cu ilə qədər bərpa olunan enerji güclərini üç dəfə artırmaq lazımdır - Pərviz Şahbazov

Qlobal istiləşməni 2030-cu ilə qədər 1,5 dərəcə səviyyəsində saxlamaq üçün dünya enerjisində irimiqyaslı transformasiya baş verməlidir.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəlaiyyəti Həftəsində çıxışında deyib.

Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə nail olmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi gücü 11 000 GVt-a çatdırılmalı, enerji saxlama gücü 1 500 GVt-a qədər artırılmalı, 25 milyon kilometr elektrik şəbəkəsi tikilməli və ya yenilənməli, həmçinin generasiya və istehlak mərkəzlərini birləşdirən yeni enerji dəhlizləri yaradılmalıdır.

Nazir qeyd edib ki, yalnız ötən il dünyada 582 GVt yeni "yaşıl güc"lər qurulub, lakin "IRENA"nın məlumatına görə, bu vəzifənin icrası üçün illik artımın 16,6 faiz səviyyəsində olması tələb olunur.

Şahbazov vurğulayıb ki, davamlı enerji keçidi müasir şəbəkələrin, saxlama sistemlərinin və səmərəli enerji ötürmə infrastrukturunun inkişafı olmadan mümkün deyil.

Chosen
35
1
day.az

2Sources