EN

Türkiyə Azərbaycan regional və qlobal məsələlərdə vahid mövqedən çıxış edir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

""Canı bir, ruhu bir" şüarı ilə hərəkət edən Türkiyə və Azərbaycan arasındakı münasibətlər bu gün tarixinin ən yüksək və ən strateji müttəfiqlik səviyyəsinə çatmışdır". Bu sözləri SİA-ya açıqlamasında türk jurnalist Ayşegül Akyüz Yahşi deyib.

Onun sözlərinə görə, bu dərin əməkdaşlıq Şuşa Bəyannaməsi ilə rəsmi şəkildə müttəfiqlik müstəvisinə yüksəldilmiş, yalnız siyasi deyil, hərbi, iqtisadi və mədəni sahələrdə də çoxşaxəli dinamizm qazanmışdır: "Strateji və hərbi müttəfiqlik xüsusilə diqqət çəkir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti və müdafiə sənayesində ortaq layihələr iki ölkənin regional və qlobal məsələlərdə vahid mövqedən çıxış etməsini təmin edir. Ortaq təlimlər, birgə hərbi hazırlıq və müdafiə istehsalı bu müttəfiqliyi daha da möhkəmləndirir.

Enerji və nəqliyyat əməkdaşlığı isə münasibətlərin ən mühüm dayaqlarındandır. TANAP və Bakı–Tiflis–Ceyhan kimi nəhəng layihələr vasitəsilə hər iki ölkə həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində strateji mövqeyə sahib olmuşdur. Əlaqələrin gələcəyi baxımından Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət daşıyır. Ermənistanla sülh sazişinin imzalanması və bu layihənin reallaşması ilə Türkiyə, Azərbaycan və Orta Asiya arasında fasiləsiz quru və dəmiryolu bağlantısı təmin ediləcək, nəticədə əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan qlobal miqyasda yeni mərhələyə yüksələcəkdir. Eyni zamanda iqtisadi-ticarət əlaqələri sürətlə genişlənir. Qarşılıqlı investisiyalar rekord həddə çatmış, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində hədəflər müəyyənləşdirilmişdir. Türkiyə bu gün Azərbaycanın ən böyük sərmayəçilərindən və əsas ticarət tərəfdaşlarından biridir.

Bütün bunların fonunda Türkiyə–Azərbaycan münasibətləri sadəcə “iki dövlət, bir millət” şüarını reallığa çevirmir, həm də regional sülhün, iqtisadi inteqrasiyanın və Zəngəzur dəhlizi kimi nəhəng layihələrlə qlobal bağlantının təminatçısı kimi strateji güc birliyi nümayiş etdirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
sia.az

2Sources