EN

“Həqiqi Hekayələr”: Narkotiklər həyatı necə yandırır? Sosial çarx Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi narkotik vasitələrə qarşı yeni sosial çarx yayımlayıb.

Təşkilatın sədri, tanınmış bloger Nail Kəmərli “Qafqazinfo”ya bildirib ki, ki, çarx Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqə çərçivəsində ərsəyə gətirilib.

Sosial çarxda insanların narkotikdən uzaq olması üçün 5 əsas səbəb göstərilib və əsaslandırılıb. Həmçinin qeyd edilib ki, çarxda yer alan 5 nəfərin hamısı əvvəllər uzun müddət narkotik vasitə asılılığından əziyyət çəkib, hazırda isə onlar tam sağalaraq cəmiyyətə adaptasiya olunublar və normal həyatlarına davam edirlər.

Nail Kəmərli bildirib ki, bundan sonra da əhalinin marrifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
qafqazinfo.az

1Sources