EN

İqbal Ağazadə Cabir İmanovla bağlı qalmaqallı çıxışına aydınlıq gətirdi

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında Cabir İmanovla bağlı paylaşım edib. O, illər əvvəl Cabir İmanov haqda etdiyi çıxışının yenidən gündəmə gəlməsindən narahatlığını bildirib.

İqbal Ağazadə paylaşımında qeyd edib:

“Bu gün əməkdar artist, istedadlı aktyor Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət eləsin!

P.S. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq…”

Qeyd edək ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarkdan dünyasını dəyişib. Onun vəfat etməsinin ardından sosial şəbəkələrdə C.İmanovun 22 il əvvəlki aksiyalarda insanlara qarşı zorakılıq etməsi barədə şahid ifadələri və kadrlar yayılıb.

Milli.az

Chosen
21
50
editor.az

10Sources