EN

Di Vens: “ABŞ hökuməti işini dayandıra bilər”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens belə bəyanatla çıxış edib. “Düşünürəm ki, demokratlara görə hökumətin bağlanması ilə üz-üzəyik. Ümid edirəm ki, onlar öz fikirlərini dəyişəcəklər. Amma görək nə olacaq”, - siyasətçi deyib. Cey Di Vens hökumətin işini davam etdirmək müqabilində demokratları səhiyyənin maliyyələşdirilməsini tələb etməkdə günahlandırıb. ABŞ maliyyə ilinin bitməsinə iki gün qalmış federal hökumətin maliyyələşdirmə planı rədd edilib və potensial olaraq oktyabrın 1-də əməliyyatlar bağlana (şatdaun) bilər. Əvvəlki dayandırmalardan fərqli olaraq, bu dəfəki şatdaun hökumət işçilərinin kütləvi şəkildə işdən çıxarılması və dolların ucuzlaşması ilə hədələyir. Senatda demokratların lideri Çak Şumer və respublikaçıların lideri Con Tyun, Nümayəndələr Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasında demokratların lideri Hakim Cefrislə görüşməyə razı olsa da, ABŞ prezidenti Donald Tramp demokratların səhiyyə ilə bağlı tələblərinə xüsusi maraq göstərməyib. Amerika lideri dəfələrlə bu həftə hökumətin bağlanacağını gözlədiyini bildirib. Tramp administrasiyası demokrat qanunvericilərə geri çəkilmələri üçün təzyiq göstərməyə çalışaraq, maliyyənin kəsiləcəyi təqdirdə federal işçilərin həmişəlik işdən çıxarıla biləcəyi barədə xəbərdarlıq edib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
9
azvision.az

10Sources