EN

Azərbaycanla matç üçün 6 ildən sonra milliyə qaytarıla bilər

"Lans"ın futbolçusu Floryan Tovenin Fransa millisinə dəvət ediləcəyi gözlənilir.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransızların baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçiriləcək matçlar üçün Tovenə dəvət göndərəcək.

Fransa klubunun hücumçusu bu mövsüm 6 oyunda 2 qol vurmağı bacarıb.

Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycanı qəbul edəcək. 

Toven 2017-2019-cu illərdə Fransa millisində oynamışdı. O, yığma karyerasında 10 matçda 1 qol vurmağı bacarmışdı. 32 yaşlı vinger “Qrenbol”, “Bastia”, “Lill”, “Marsel”, “Nyukasl”, “Tiqres”, “Udineze” klublarının formasını geyinib.

saytlarin hazirlanmasi

Chosen
15
1
sportal.az

2Sources