EN

Cabir İmanovun nəşi Göy məscidə gətirildi - Foto

Xəbər verdiyimiz kimi, əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, mərhumun nəşi Göy məscidə gətirilib.

C.İmanovun ailə üzvləri və sənət adamları məscidin önünə toplaşıb.

Sabah 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq. O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

Chosen
23
14
axar.az

10Sources