EN

Ərdoğan: Türkiyə Qəzzada sülh prosesinə töhfə verməyə davam edəcək

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında qan tökülməsinə son qoyulması və atəşkəsin təmin edilməsi istiqamətində göstərdiyi səylərə və liderliyə görə ABŞ Prezidenti Trampı təqdir etdiyini bildirib. Bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

Məlumatı “Anadolu” verib. 

“Türkiyə tərəflərin qəbul edəcəyi ədalətli və davamlı sülhün bərqərar olması prosesinə töhfə verməyə davam edəcək”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev Trampın Qəzzadakı vəziyyəti həll etmək üçün 20 bəndlik planını açıqlayıb. Ağ Evin bəyanatında qeyd olunub ki, hər iki tərəf planı qəbul edərsə, “düşmənçiliklər dərhal dayandırılacaq” və İsrail qüvvələri “məhbusların azad edilməsinə hazırlıq üçün razılaşdırılmış xəttə çəkiləcək”. Bu müddət ərzində hava hücumlarının və artilleriya atəşinin dayandırılması nəzərdə tutulur, eyni zamanda hazırkı cəbhə xətti “tam, mərhələli geri çəkilmə” üçün şərait yaradılana qədər saxlanılır.

Sənəddə diri və ölü olan bütün məhbusların İsrailin rəsmi razılığından sonra 72 saat ərzində geri qaytarılması nəzərdə tutulur. Bunun müqabilində İsrail 7 oktyabr 2023-cü il hadisələrindən sonra ömürlük həbsə məhkum edilmiş 250 məhbusu, o cümlədən qadın və uşaqlar da daxil olmaqla 1700 fələstinlini azad edəcək. Planda həmçinin, azad edilən hər israilli məhbus üçün 15 fələstinlinin cəsədinin təhvil verilməsi nəzərdə tutulur.

P.ƏmircanovXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
xalqqazeti.az

2Sources