İran Ermənistandakı keçmiş səfiri Mehdi Sobhaniyə yeni vəzifə verilib.
News365.az-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi onu XİN-in İnzibati və Maliyyə üzrə direktor müavini vəzifəsinə təyin edib.
Qeyd edək ki, Sobhani daha əvvəl İranın Suriyadakı səfiri, İranın Kəraçidəki baş konsulu, Ukrayna və Türkmənistandakı səfirinin müavini vəzifəsində çalışıb.