EN

Bu gün Sumqayıtda 1200 abonentin qazı kəsiləcək


Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən mətbuata məlumat verilib. Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq. Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Mətləb

Chosen
17
19
baki-xeber.com

10Sources