EN

Adnan həbs olundu: "Barselona" azərbaycanlı uşaqları geri göndərir

Artıq 2 ildən çoxdur ki, “Marset” Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır.

Publika.az Sportal.az-a istinadən xəbər verir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra “Marset” azərbaycanlı uşaqları geri göndərmək qərarı verib.

Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, “Marset” ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək.

ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunması ilə ödənişlər dayandırılıb.

Chosen
33
20
publika.az

10Sources