EN

Türkiyədə dövlət xəstəxanası tibbi qaz alacaq

BAKI, TurkicWorld, Nailə Babazadə

Qətər və Misirin, ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən və Qəzzada münaqişəni sonlandırmağı hədəfləyən 20 maddəlik planı HƏMAS-a çatdırdığı bildirilib.

TurkicWorld xəbər verir ki bu barədə məlumat "El-Kahire News" telekanalına danışan, adının açıqlanmasını istəməyən misirli təhlükəsizlik mənbəsinə istinadla verilib. Məlumata görə, Trampın “Qəzza Münaqişəsini Sonlandıracaq Əhatəli Planı”, hər iki ölkə tərəfindən HƏMAS-a təqdim olunub.

Xəbərdə qeyd edilir ki, HƏMAS planı “obyektiv və müsbət yanaşma ilə” araşdıracağını bildirib. Qətər və Misirdən məsələyə dair hələlik rəsmi açıqlama verilməsə də, bəzi fələstinli mənbələr də planın bir nüsxəsinin HƏMAS-a çatdırıldığını təsdiqləyib.

Mənbələr əlavə edib ki, HƏMAS digər fələstinli fraksiyalarla birlikdə planı qiymətləndirəcək və müzakirə edəcək.

HƏMAS rəhbərlərindən Mahmud Merdavi, El-Əqsa televiziya kanalına verdiyi açıqlamada Trampın təqdim etdiyi planın İsrailin mövqeyinə yaxın olduğunu deyib. Onun sözlərinə görə, plandakı müddəalar müəmmalı və boşluqlarla doludur, həmçinin fələstinlilər üçün heç bir real təminat vermir.

Merdavi qeyd edib ki, bu planın əsas məqsədi, Fələstin dövlətinin tanınmasına dair beynəlxalq dəstəyi zəiflətmək və önləməkdir.

HƏMAS-ın təklifi digər fələstinli qruplarla birlikdə müzakirə edəcəyini bildirən Merdavi, təşkilatın Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu tanımayan və onları soyqırımdan qorumağa yönəlməyən heç bir planı qəbul etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün 20 maddədən ibarət "Qəzza Çatışmasını Sonlandıracaq Əhatəli Planı" təqdim etmişdi. Plan, bölgədə atəşkəsin təmin olunmasını, humanitar yardımın çatdırılmasını, Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini və İsrail ilə HƏMAS arasında əsir dəyişimini nəzərdə tutur.

Chosen
20
turkic.world

1Sources