EN

Gimnaziyadan valideynlərə dəstək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziyada I sinif şagirdlərinin məktəb mühitinə adaptasiyasına dəstək məqsədilə  valideynlər üçün praktik tövsiyələr hazırlanıb.

Məktəbin psixoloqları tərəfindən hazırlanan tövsiyələrin məqsədi I sinfə qədəm qoyan uşaqların yeni mühitə, təlim prosesinə uyğunlaşmasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir. 

Psixoloqların peşəkar tövsiyələri vasitəsilə valideynlər övladlarının emosional və psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün praktiki addımlar atmağa yönləndirilir. Onlar məktəb həyatının ilk mərhələlərində övladlarının hansı suallarla qarşılaşa biləcəyi barədə məlumat əldə edir, tövsiyələrə uyğun olaraq tətbiq edəcəkləri üsullarla uşaqların davranışlarının daha rahat tənzimlənməsinə nail olurlar.   

Qeyd edək ki, məktəbin psixoloqlarının hazırladığı praktik tövsiyələr valideynlərə əlçatan olması üçün təhsil müəssisəsinin sosial şəbəkə səhifələrində paylaşılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
4
olaylar.az

5Sources