EN

Aİ və Ukrayna dronların inkişafı üçün 2 milyard avro ayırmağa razılaşıb

Avropa İttifaqı və Ukrayna pilotsuz təyyarələrin inkişafı üçün 2 milyard avro ayırmağa razılaşıb...

Poliqon xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

AK rəhbəri bəyan edib ki, Aİ Ukraynanı özünün birinci müdafiə xətti hesab etməkdə davam edərsə, ittifaq Kiyevə hərbi yardımı artırmalıdır.

"Buna görə də konkret desək, biz Ukrayna ilə dronlara ümumilikdə 2 milyard avro ayırmağa razılaşdıq", deyə o bildirib.

Sentyabrın 10-na keçən gecə Polşanın hava məkanının pozulmasından sonra AK Avropa İttifaqının şərq sərhədi boyunca "dron divarı" yaratmaq niyyətini açıqlayıb.

Bu layihə Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsü olub, Ukrayna da daxil olmaqla Rusiya ilə bütün sərhəddə çoxşaxəli müşahidə sistemi və avtomatlaşdırılmış PUA əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib. Layihə hazırda inkişaf və model seçimi mərhələsindədir.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources