Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Parlamentdə hava limanında taksilərlə bağlı məsələ də müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
Millət vəkilinin sözlərinə görə, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi böyük problem yaradır: “Hörmətli Ombudsman məsələyə münasibət bildirdi və taksilərdə inhisarçılığın aradan qaldırılmasını gündəmə gətirdi. Hava limanından gəlmək üçün alternativ yoxdur. Təsəvvür edin ki, Naxçıvandan yoxsul bir adam 50-60 manata gəlir, əlavə də 30-40 manat verib şəhərə gəlməlidir”.
Nuranə Daxilqızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.