EN

Cabir İmanovun müğənni dostu: "Hər gün zəngləşirdik..."

"Əziz dostum idi. Bizim onunla çoxdan münasibətimiz olub, düzdür yaradıcı bir işimiz olmayıb. Hər gün zəngləşirdik hal-əhval tuturduq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum Əməkdar artist Cabir İmanovun dostu müğənni Ceyhun Zeynalov deyib.

O bildirib ki, Cabir İmanovun vəfatı Azərbaycan mədəniyyəti və dostları üçün üçün ağır itkidir:

"Bizim hər birimiz üçün və dostlar üçün böyük itkidir. Səhhətilə bağlı heç bir şikayəti yox idi, necə ekranda görmüsünüz həmişə gümrah idi".

Xatırladaq ki, aktyor ötən gün günorta saatlarında idman zalında dünyasını dəyişib. Onun 49 yaşı var idi.

Əməkdar artistin vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçiriləcək.

Mərhum Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Zöhrə Pənah

Chosen
16
1
far.az

2Sources