EN

Taekvondoçularımız ilk gündə 11 medal qazandılar

Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Kişilər arasında 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar. Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) isə məğlub olaraq, gümüş medala yiyələniblər.

Eyni zamanda, 6 taekvondoçumuz yarışları 3-cü pillədə başa vurublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq) və Nərgiz Kazımova (62 kq).

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
20
4
xalqqazeti.az

10Sources