EN

Stend atıcılarımızın gümüş və bürüncü

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında stend atıcılığı üzrə yarışlara start verilib. Azərbaycan idmançısı Nərmin Cəfərova gümüş medal qazanıb. İdmançımız stend atıcılığında ikinci nəticə göstərib.

Birinci yeri hədəfi daha sərrast vuran Rusiya idmançısı Alina Axatova tutub. Digər stend atıcılarımız Cavid Həsənov və Cəmilə Paşayeva isə bürünc medal qazanıblar.

Rusiyalı İlya Kuşaqin və Yelizaveta Yevqrafova qızıl, qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova gümüş mükafata sahib çıxıblar.

Stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
15
xalqqazeti.az

1Sources