EN

Şimali Koreya ABŞ-a raket zərbələri endirə bilər

Şimali

Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq Şimali Koreyanın ABŞ materikinə zərbə endirmək gücündə olduğunu bildirib.

Reyting.az
“Korea Times”ə istinadla bildirir ki, nazir Çunq rəsmi danışıqlar üçün Almaniyada olarkən hazırkı vəziyyətlə bağlı açıqlama verib.

Çunq Şimali Koreyanın “ABŞ materikinə hücum edə bilən üç ölkədən birinə çevrildiyini” ifadə edərək, bu vəziyyəti rasional qəbul etməyə çağırıb.

Çunq onu da vurğulayıb ki, əgər Şimali Koreya iqtisadi islahatlara və açıqlığa can atırsa, buna yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə nail olmaq mümkündür.

Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında yeni görüşün mümkünlüyündən danışan Çunq hər iki şəxsin bir-biri ilə görüşmək istəyini ifadə etdiyini və Kimin son mesajlarının ABŞ və Cənubi Koreyaya yönəldiyini qeyd edib.

V. QULİYEV
Chosen
13
reyting.az

1Sources