EN

Boccia idmanında gənc idmançılar üçün yeni perspektivlər açılır - AÇIQLAMA

Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında federasiyanın əsas məqsədlərindən danışıb.

O bildirib ki, federasiya ölkəmizdə müxtəlif yerlərdə Boccia klublarının açılmasını hədəfləyir:

"Məqsədimiz ölkəmizdə bir çox yerlərdə klubların açılmasıdır. Əlilliyi olan, xüsusən uşaqların bu idmana cəlb olunmasıdır. Çünki Beynəlxalq Boccia İdman Federasiyası uşaqların və yeniyetmələrin çempionatını təşkil edir. Həmin çempionatda bizim də uşaqların, yeniyetmələrin və gənclərin iştirakını təmin etməkdir. Alt qat nə qədər güclü olarsa, gələcəkdə milli komandamız üçün potensial idmançıların sayı da o qədər artacaq."

İlham Məhərrəmov vurğulayıb ki, uşaqlar və gənclərin Boccia idmanına cəlb olunması yalnız idmançıların inkişafına deyil, həm də ölkə idmanının güclənməsinə xidmət edir. Federasiya bu sahədə müxtəlif layihələr və tədbirlər vasitəsilə iştirakçıların bacarıqlarını artırmağı planlaşdırır.

"Qeyd edək ki, Boccia idmanı xüsusilə əlilliyi olan şəxslərin idman fəaliyyəti üçün geniş imkanlar yaradır və onların sosial inteqrasiyasına da töhfə verir. Federasiya bu sahədə davamlı inkişaf üçün yerli və beynəlxalq yarışlarda iştirakın əhəmiyyətini qeyd edir".

 

Pərvanə Fərhadqızı

Chosen
31
qht.az

1Sources