EN

Azərbaycan və Özbəkistan media nümayəndələri informasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüsləri müzakirə ediblər

ain.az, Oxu.az saytına istinadən bildirir.

II Azərbaycan - Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" mövzusunda panel sessiya keçirilib.

Oxu.Az xəbər verir ki, panel müzakirəyə "Trend" İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev moderatorluq edib.

Sessiyada Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Özbəkistanın Milli Media Assosiasiyasının baş direktoru Abduaziz Abutolipov spiker qismində çıxış ediblər.

Panel sessiyada rəqəmsal transformasiya dövründə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində ortaq təşəbbüslərin formalaşdırılması, dezinformasiya ilə mübarizədə birgə fəaliyyətlərin əhəmiyyəti, dövlət qurumları ilə media subyektləri arasında tərəfdaşlığın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışçılar informasiya təhlükəsizliyi müasir dövrdə qlobal miqyasda koordinasiya və əməkdaşlıq tələb edən strateji məsələlərə diqqət çəkiblər.

Qeyd olunub ki, iki ölkənin media qurumlarının informasiya təhlükəsizliyi sahəsində birgə təşəbbüslərlə çıxış etməsi, maarifləndirici kampaniyaların təşkili və ictimaiyyətin məlumatlandırılması istiqamətində addımların atılması informasiya mühitində etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Sessiyanın sonunda fikir və təkliflər müzakirə edilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
oxu.az

10Sources