EN

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferents Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.

"Cebheinfo.az"

Chosen
19
25
cebheinfo.az

10Sources