EN

Maduro ABŞ ilə müharibəyə hazırlaşır

AzVision.az xəbər verir ki, Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodriges Suverenlik və Sülh üzrə Milli Şuranın diplomatik korpusla görüşündə bu barədə məlumat açıqlayıb.

“Fövqəladə vəziyyət haqqında fərman respublikamızın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji mənafelərini qorumaq məqsədi daşıyır. ABŞ-nin silahlı qüvvələri Venesuelaya təcavüzə cəsarət etsə, sənəd dərhal qüvvəyə minəcək”, - xanım Rodriges “Venezolana de Televisión” telekanlının efirində deyib.

Onun sözlərinə görə, sənəd prezident Maduroya konstitusiyada nəzərdə tutulduğu kimi, respublikanın Milli Bolivar Silahlı qüvvələrini infrastruktura, ictimai xidmətlərə, neft-qaz və digər sənaye sahələrinə dərhal hərbi nəzarəti ələ keçirmək üçün ölkə daxilində səfərbər etmək üçün xüsusi səlahiyyətlər verir.

- Prezident xarici təhlükə ilə bağlı sərəncam imzalayıb. Bu, Konstitusiyamızın 236-cı maddəsinə əsaslanır və prezidentə Venesuelanı qorumaq üçün müdafiə və təhlükəsizlik məsələlərində fəaliyyət göstərmək üçün xüsusi səlahiyyətlər verir. ABŞ-nin hərbi müdaxiləsi bu mexanizmin işə salınması üçün bir tətik kimi qəbul ediləcək”, - siyasətçi vurğulayıb.



Son illərdə Maduro ilk növbədə fövqəladə vəziyyətin tətbiqi yolu ilə dəfələrlə xüsusi səlahiyyətlər alıb. 2020-ci ildə bu, COVID-19 pandemiyası ilə əlaqədar idi.

ABŞ Maduronu devirməyə hazırlaşır? | VİDEO
Bu il sentyabrın 11-də isə Venesuela lideri “Müstəqillik 200: Aktiv Müqavimət və Amansız Hücum” adlı yeni milli müdafiə planının başladığını elan edib. O, proqramın həyata keçirilməsinə Milli Bolivar Silahlı qüvvələrinin (FANB) və xalq milisinin cəlb ediləcəyini bildirib.

ABŞ Maduronu devirməyə hazırlaşır? | VİDEO
Maduronun sözlərinə görə, bu tədbirlər Venesuelanın sülh hüququnu, müstəqilliyini, ərazi bütövlüyünü və xalqının suverenliyini qorumaq üçün zəruridir.

Onun bəyanatı ABŞ ilə münasibətlərin pisləşməsi fonunda verilib. Sentyabrın 2-də Amerika lideriDonald Tramp ABŞ Hərbi Dəniz qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyatzamanı Venesuela narkotik kartelinin 11 üzvünün öldürüldüyünü açıqlayıb.

Rəsmi Karakası narkotik qaçaqmalçılığı ilə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandıran Tramp narkokartelin Maduro tərəfindən idarə olunduğunu iddia edib. Venesuela prezidenti buna cavab olaraq baş verənləri son 100 ildə Amerika işğalının ən ciddi təhdidi adlandırıb. Onun sözlərinə görə, Vaşinqton Venesueladakı hakimiyyət rejimini hərbi yolla dəyişmək istəyir.

Xatırladaq ki, avqust ayında Venesuela prezidenti “Amerika imperializmi”nin təhdidlərinə cavab olaraq Bolivar milli milislərinin xalq səfərbərliyini və ölkənin suverenliyinin müdafiəsi çağırışını elan edib.

Belə reaksiyaya səbəbABŞ hərbi gəmilərinin Venesuela sahillərinə göndərilməsixəbəri olub. Amerikalılar bu addımları Tramp administrasiyasının Latın Amerikası narkotik kartelləri ilə mübarizə planı ilə əlaqələndiriblər.

Hələ 2020-ci ilin mart ayında ABŞ-nin Ədliyyə nazirliyi Maduronu və Venesuela hökumətinin bir neçə ovaxtkı və ya keçmiş üzvlərini narkotik terrorizmində və ABŞ-yə qarşı qadağan olunmuş maddələrdən “silah kimi” istifadə etməkdə təqsirli bilib.

Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə bağlı məlumat üçün 50 milyon dollar mükafat təklif edir.

Sahil İsgəndərov
AzVision.az
Chosen
60
23
azvision.az

10Sources