EN

Ursula fon der Leyen Trampın planını alqışlayıb

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planını alqışlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Biz prezident Trampın Qəzza zolağında müharibəyə son qoymaq öhdəliyini alqışlayırıq. Bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq”,-  o, X sosial media hesabında yazıb.

Von der Leyen əlavə edib ki, Avropa İttifaqı üzərinə düşəni etməyə hazırdır. Onun sözlərinə görə, Qəzzada hərbi əməliyyatlar “əhaliyə təcili humanitar yardım göstərilməklə və bütün girovlar azad edilməklə” dayandırılmalıdır.

Bundan əvvəl Ağ Ev Trampın 20 bəndlik Qəzza planını dərc edib.

Chosen
4
ikisahil.az

1Sources