EN

Azərbaycanın qızıl ixracından gəliri 2 dəfədən çox artıb - RƏQƏMLƏR

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 210,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 114,6 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 96,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Təkcə avqust ayında 32 milyon dollarlıq qızıl ixrac olunub ki, bu da illik 10,6 milyon dollar (49,5%) çoxdur.

Ötən ilin avqust ayında Azərbaycandan xarici ölkələrə 21,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Chosen
26
fed.az

1Sources