Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.
Operativ Media xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.
Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.
Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.
İşlər planı səsverməyə qoyularaq qəbul edilib.