EN

Tərəflər gözləmə mövqeyindədirlər

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Türkiyə Prezidenti R.T.Ərdoğanın Ağ Evdə Trampla görüşündən sonra bir sıra məsələlər bağlı razılaşmalar olsa da, bəzi məsələlər açıq qalıb. Trampın da dediyi kimi qarşılıqlı olaraq tərəflərin bir-birilərindən istəkləri var idi. Türkiyə Boinq təyyarələrin alışını razılaşdırılsa da, əslində, razılaşdırılması mümkün görünməyən məsələlər də var idi. Bura Suriya PKK-YPQ tərkisilah məsələsindən tutmuş F35 proqramına qayıtmaq və İsrail-Fələstin məsələsi.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, bu məsələlərin hamısı adi razılaşma ilə həll olunacaq məsələlər deyildi və ümumiyyətlə Trampın bu məsələlərin həlli üçün təkbaşına qərar vermək imkanları yoxdur. Bunun üçün Pentaqon, SENTKOM, yəni ABŞ Mərkəzi Komandanlığının, eləcə də, İsrail hakimiyyətinin razılığı lazımdır. Bunlar təkbaşına qəbul edilməsi mümkün olan, hətta əslində, mümkün olmayan məsələlərdir:

"Bu, ABŞ dövlətinin siyasi xəttidir və bunu dəyişmək mümkünsüzdür. Həmçinin görüşdən sonra Türkiyənin ABŞ-dan milli müharibə təyyarəsi "KAAN" üçün aldığı motorların lisenziya əsasında istehsalı da dayandırılıb. ABŞ-ın Türkiyədən Eskişehir bölgəsində yerləşən nadirmetal təbii sərvətlərinin ABŞ-a verilməsi, yəni çıxarılmasının istənildiyi də gələn xəbərlər arasındadır.

Türkiyənin buna cavabının necə olacağı da bəlli deyil. Amma Türkiyənin ABŞ-la imzaladığı sıxılmış qaz ehtiyatlarının 20 ilə alış müqaviləsi onu deməyə əsas verir ki, Trampın Rusiyadan enerji ehtiyatlarının alınmasının dayandırılması tələbi qəbul edilib. Göründüyü qədərilə prinsipial məsələlərdə hələlik razılaşma yoxdur. Tərəflər gözləmə mövqeyindədirlər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources