EN

YouTube Trampın iddiasını həll etmək üçün 24,5 milyon dollar ödəyəcək

YouTube ABŞ prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitol iğtişaşlarından sonra hesabının bloklanması ilə bağlı qaldırdığı iddianı həll etmək məqsədilə 24,5 milyon dollar ödəməyə razılaşıb. Bu barədə AP nəşri məlumat yayıb.

Razılaşmaya əsasən, vəsaitin 22 milyon dolları Vaşinqtonda Ağ Evin bal zalının tikintisinə nəzarət edən “Trust for the National Mall” təşkilatına köçürüləcək. Qalan 2,5 milyon dollar isə iddiada iştirak edən yazıçı Naomi Vulf və Amerika Mühafizəkarlar İttifaqı da daxil olmaqla digər tərəflər arasında bölüşdürüləcək.

Trampın sosial media hesabları – Facebook, Instagram, YouTube və Twitter – 2021-ci ilin yanvarında Kapitol binasına hücumdan sonra müvəqqəti dayandırılmışdı. Platformalar Trampın həmin günkü mesajlarının zorakılığa təhrik edə biləcəyi qənaətinə gəlmişdi.

Aytac 

Chosen
8
anews.az

1Sources