EN

Pakistanda güclü partlayış: 10 nəfər həlak olub, 32 nəfər yaralanıb - Yenilənib

Pakistanda Federal Polis qərargahının yaxınlığında baş verən güclü partlayış nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb...

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanları bildirir ki, partlayışdan sonra Bəlucistan Səhiyyə Departamenti bütün region üzrə xəstəxanalarda fövqəladə vəziyyət elan edib.
İlkin versiyaya görə, bomba bina yaxınlığında partlayan avtomobilin içinə qoyulub.

***

Pakistanda Federal Polis qərargahı yaxınlığında baş verən güclü partlayış nəticəsində 19 nəfər xəsarət alıb.
Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

"Partlayış nəticəsində xəsarət alan 19 nəfər yerli xəstəxananın təcili yardım şöbəsi və travmatologiya mərkəzinə gətirilib", - Bəlucistan səhiyyə departamentinin media-koordinatoru bildirib.
Onun sözlərinə görə, partlayışla əlaqədar xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.

***

Pakistanda Federal Polis Qərargahı yaxınlığında güclü partlayış baş verib, ondan sonra da intensiv atışma olub.

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Hadisə Bəlucistan əyalətinin Kvetta şəhərində baş verib. Yerli polisin məlumatına görə, hüquq-mühafizə qüvvələri və xilasedicilər hadisə yerinə göndərilib.
Partlayışdan sonra yayılmış kadrlarda böyük məsafədən qalxan tüstü buludlarını görmək mümkün olub.

Poliqon.info

Chosen
8
poliqon.info

1Sources