EN

Ararat Mirzoyan NATO rəsmisi ilə görüşdü - "Tramp yolu"ndan danışdılar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub.

Tərəflər Ermənistan və NATO arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüş zamanı qeyd olunub ki, tərəflər daha iddialı tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında maraqlıdırlar.

Söhbət zamanı həmçinin regional proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmaları müzakirə olunub. Tərəflər bu razılaşmaların regionda sülhün bərqərar olması və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” kommunikasiya proqramının həyata keçirilməsində roluna dair fikir mübadiləsi aparıblar.

Musavat.com

Chosen
13
musavat.com

1Sources