EN

Media sahəsində çox ciddi əlaqələr mövcuddur KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur.

KONKRET.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun, Özbəkistan və Azərbaycanın media sahəsində yol xəritəsi barədə məlumat verib.

“Hər iki ölkənin media sahəsində fəaliyyətini əhatə edən yol xəritəmiz var. Bu yol xəritəsinə uyğun olaraq artıq bir neçə ildir ki, müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərə forumların təşkili, jurnalistlərin və mətbuat katiblərinin mübadiləsi, müxtəlif səfərlər və konfransların təşkili daxildir”.

“Bu gün keçirilən forum isə Azərbaycan ərazisində baş tutan ikinci Özbəkistan-Azərbaycan Media Forumudur. Birinci forum Özbəkistanda keçirilmişdi. Həmin forumda əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin media resurslarının güclərini birləşdirməsi olmuşdur. Bu gün isə həmin mövzu peşəkarlıq müstəvisində rəqəmsal transformasiya və media məsələləri çərçivəsində davam etdiriləcək. İki panel sessiyası nəzərdə tutulub. Hər iki ölkədən ekspertlər və beynəlxalq səviyyəli jurnalistlər forumda iştirak edəcək. Sessiyalarda jurnalistikanın hüquqi mühitdə və rəqəmsal məkanda qarşılaşdığı mühüm məsələlər geniş şəkildə müzakirə olunacaq”- deyə N. Məmmədli əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
11
konkret.az

10Sources