EN

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır:

"Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır".

Əhməd İsmayılov qeyd edib ki, media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır:

"Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz".

Chosen
19
26
turkustan.az

10Sources